Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri yazıb.
Nəşrə görə, müqavilədən məlum olur ki, ABŞ-nin vitse-prezidentinin Ermənistana səfəri çərçivəsində 1685-ci ildə Venesiyada çap olunmuş İncil (XVII əsr çapının nadir və eksklüziv nümunəsi) alınıb.
“Çap nəşri 450 iki sütunlu səhifədən ibarətdir. Qədim erməni şriftində (qrabar) çap edilib və oyma bəzəkli titul səhifəsinə malikdir. Nəşr dörd İncil müəllifinin, yəni Matfey, Mark, Luka və Yəhyanın mətnlərini ehtiva edir. Tərtibat Venesiya erməni çapının yüksək bədii səviyyəsinə xasdır.
Cildi tünd dəridəndir və gümüş dekorativ bəzəklərlə işlənib. Mərkəzi hissədə şüalanan şöhrət fonunda İsa Məsihi təsvir edən gümüş relyef kompozisiya yerləşdirilib.
Dörd küncdə mələk/xristian təsvirləri olan gümüş heykəltəraşlıq elementləri yerləşdirilib ki, bunlar ümumi kompozisiyanı tarazlaşdırır. Cild öz konstruksiyasını qoruyub saxlayan dəri bağlayıcı qapanmalarla tamamlanıb”, - deyə müqavilənin texniki təsvirində qeyd olunub.
KİV bildirib ki, Ermənistan Xarici İşlər Nazirliyinin dövlət protokolu xidməti alışını “Mariam Hunanyan” adlı fərdi sahibkardan 2 milyon 926 min dram məbləğində həyata keçirib.
Alpər Mövludoğlu
Ordu.az