Erməni ekspert: “Ermənistanda adambaşına düşən dövlət borcu əvvəlki ildəki 4200 ABŞ dolları ilə müqayisədə 4700 ABŞ dollarına çatıb”

2026/03/1774599780.jpg
Oxunub: 365     10:51     28 Mart 2026    
“Ermənistanda adambaşına düşən dövlət borcu əvvəlki ildəki 4200 ABŞ dolları ilə müqayisədə 4700 ABŞ dollarına çatıb”.

Ordu.az xəbər verir ki, bunu erməni ekspert Vahe Davtyan bildirib.

“Borclanma sənaye bazasının getdikcə dağıldığı və demoqrafik dinamikanın zəiflədiyi bir iqtisadiyyatda artır (baxmayaraq ki, immiqrasiya barədə açıqlamalar verilir. Buna ayrıca toxunacağam).

Əsas problem ondadır ki, borc iqtisadi nəticəyə çevrilmir.

Keyfiyyətli iqtisadi dəyişiklik yoxdur. Məhsuldarlıq artımı yoxdur. Əlavə dəyər yaradan sahələrin inkişafı yoxdur. Uzağa getməyə ehtiyac yoxdur, son illərin iqtisadi statistikasını açmaq kifayətdir.

Bəs bu vəsait hara yönəldilir?

Əsasən kapital xərclərinə, onların nəticələri isə aydındır: hər gün gözümüzün qarşısında dağılan asfalt, tez köhnələn infrastruktur, nümayiş xarakterli və dayanıqsız layihələr”, - deyə o qeyd edib.

Davtyan vurğulayıb ki, bu, sadəcə geri dönüşü olmayan vəsait israfıdır.

“Nəticədə borc inkişaf resursuna yox, büdcə boşluqlarını bağlamaq, dövlətin sosial funksiyalarını yerinə yetirmək və qısamüddətli “nəticələr” göstərmək üçün siyasi alətə çevrilir.

Bəli, “debt-to-GDP” nisbəti hələ qırmızı xətti keçmir: 50% hədəf göstəricisi fonunda 47,3%.

Lakin bu, səthi mənzərədir. Dərinlikdə isə real risk formalaşır, borc yükü iqtisadi geri dönüş olmadan biznesin, ev təsərrüfatlarının və gələcək vergi ödəyicilərinin üzərinə ötürülür.

Bu model nə qədər uzun davam etsə, onun nəticələrinin qiyməti bir o qədər baha olacaq”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Davtyan   Ermənistan  


Bizi "telegram"da izləyin