Ermənistanın sabiq prezidenti: “Qarabağ niyə təhvil verildi? Bu səkkiz il ərzində niyə üç müharibə baş verdi?”

2026/03/1773150242.jpg
Oxunub: 417     22:18     24 Mart 2026    
“Onlar özlərini xalq kimi kartof yeyən kimi göstərirlər, amma təkcə Yeni il mükafatı ilə nazir təxminən 40 ton kartof ala bilər”.

Ordu.az xəbər verir ki, bunu “Böyük siyasət” podkastında Ermənistanın ikinci prezidenti, “Hayastan” blokunun baş nazirliyə namizədi Robert Köçəryan deyib.

“Mən burada bir şeyi görürəm, sanki baxış toplamaq məqsədi özlüyündə əsas hədəfə çevrilib və fərqi yoxdur, bu baxışları hansı məzmun üzərindən toplayırsan. İndi bir söz deyim, bəlkə yarızarafat, yarıciddi, amma daha çox ciddi: baxın, əgər hər hansı siyasi xadim və ya tanınmış şəxs Ermənistanda kobud desək, eşşək kimi anqırsa və bunu həvəslə etsə, düşünürəm ki, baxışlar milyonlara çatacaq. Əgər baxış toplamağın üsulu budursa və insan buna da hazırdırsa, qoy toplasın.

Mən onları başa düşürəm, açığı başa düşürəm: məsələn, ciddi müzakirə zamanı nə deyə bilərlər? Qarabağ niyə təhvil verildi? Bu səkkiz il ərzində niyə üç müharibə baş verdi? 5000 qurbanın məsuliyyətini kim daşıyacaq və bir çox başqa suallar var.

Sadə bir hesab: guya onlar da xalq kimi kartof yeyirlər, amma təkcə Yeni il mükafatı ilə nazir təxminən 40 ton kartof ala bilər”, - deyə Köçəryan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Köçəryan  


Bizi "telegram"da izləyin