Rusiya Silahlı Qüvvələri Zaporojyeni atəşə tutub: ölənlər və yaralananlar var

2026/03/1773987624.jpg
Oxunub: 387     09:57     20 Mart 2026    
Rusiya Silahlı Qüvvələri Ukraynanın Zaporojye vilayətinin 40 yaşayış məntəqəsinə 800-dən çox zərbə vurub, nəticədə üç nəfər həlak olub, dörd nəfər yaralanıb.

Ordu.az-ın məlumatına görə, bu barədə Zaporojye vilayət hərbi administrasiyasının rəhbəri İvan Fedorov öz Teleqram kanalında bildirib.

"Zaporojye və vilayətin Zaporojye, Poloqi rayonlarına hücumlar nəticəsində üç nəfər həlak olub, dörd nəfər, o cümlədən bir uşaq yaralanıb. Ümumilikdə sutka ərzində RF Zaporojye vilayətinin 40 yaşayış məntəqəsinə 864 zərbə endirib", - Fedorov yazıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Zaporojye  


Bizi "telegram"da izləyin