“Hraparak”: “Muzey”in direktor vəzifəsini müvəqqəti icra edən şəxs Azərbaycanla gizli danışıqlar aparanlardan biridir

2026/03/1773744289.jpg
Oxunub: 427     14:46     17 Mart 2026    
Qondarma “soyqırımı muzey-institutu”nun direktor vəzifəsini müvəqqəti icra edən, keçmiş erməni diplomat Hraçya Taşçyan Nikol Paşinyanın “xəttini” irəli aparmağa hazır olduğunu bildirmişdi.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrə görə, məlum olur ki, o, Paşinyanın aparatında köməkçi işlədiyi dövrdə 2018-2019-cu illərdə Azərbaycan tərəfi ilə gizli danışıqlarda iştirak edib.

“Xatırladaq ki, o, 2020-ci il iyulun 9-da Baş nazir aparatının xarici əlaqələr idarəsinin rəisi vəzifəsinə 3 il müddətinə təyin olunmuşdu, lakin 1,5 il sonra, 2021-ci ilin dekabrında bu danışıqlar barədə məlumat sızmaları baş verdiyi üçün Paşinyan onu vəzifədən azad etmişdi.

Bildirilir ki, o, eyni sədaqətlə əvvəlki hakimiyyətə də xidmət edib. Paşinyanın köməkçisi təyin olunmazdan əvvəl Ermənistan Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, NATO şöbəsinin rəhbəri, Ermənistanın ABŞ-dəki səfirliyində diplomat, hökumət aparatının xarici əlaqələr idarəsinin rəhbəri olub. Taşçyan fövqəladə və səlahiyyətli nazir diplomatik dərəcəsinə malikdir”, - deyə KİV bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Taşçyan  


Bizi "telegram"da izləyin