"Hörmüz boğazının hüquqi rejimi diqqət mərkəzində durmalıdır" - İranın Ali Liderinin müşaviri

2026/03/1773687558.jpg
Oxunub: 328     13:24     17 Mart 2026    
Müharibə bitdikdən sonra Hörmüz boğazının yeni hüquqi rejimi iqtisadi cəhətdən diqqət mərkəzində durmalıdır.

Ordu.az-ın məlumatına görə, bunu İranın Ali Liderinin müşaviri Məhəmməd Moxber bu gün Tehranda iş adamları, universitet nümayəndələri və iqtisadi məsələlər üzrə ekspertlərlə görüşdə deyib.

Onun sözlərinə görə, Hörmüz boğazının məhdudlaşdırılması və yaxud bağlanması məsələsi ölkə iqtisadiyyatı üçün önəmli məsələlərdən biridir.

Moxber deyib ki, hazırda diplomatiya, iqtisadiyyat, təhlükəsizlik və hərbi sahə birgə çərçivədə formalaşmaqdadır və ölkədə koordinasiya və birlik İranın uğurlarından biri hesab olunur.

Moxber qeyd edib ki, enerji təhlükəsizliyi regionun stabilliyi ilə birbaşa əlaqədədir. Enerji tranziti istiqamətlərində destabilliklə nəticələnən hər bir qərar regionda iqtisadi təzyiqlərin yaranmasından əlavə beynəlxalq iqtisadiyyata öz mənfi təsiri göstərə bilər.

Qeyd olunur ki, hərbi hava hücumları nəticəsində 17 tibb işçisi ölüb, 101 nəfər yaralanıb. Sözügedən müddətdə 159 səhiyyə mərkəzi, 36 müalicə mərkəzi, 46 təcili yardım məntəqəsi, 6 xəstəxana tam şəkildə dağılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hörmüz   İran  


Bizi "telegram"da izləyin