Ordu.az xəbər verir ki, bu barədə “Sputnik Armenia”nın sorğusuna cavab olaraq Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib.
XİN-dən qeyd edilib: “Ermənistanın hava məkanından Bufarik-Bakı marşrutu üzrə C-130J təyyarəsinin uçuşu, uçuşu həyata keçirən tərəfin təqdim etdiyi məlumata əsasən, diplomatik məqsədlərlə baş tutub”.
Qeyd edilib ki, sözügedən təyyarə daha əvvəl fevral ayında Ankara-Bakı və Bakı-Bufarik (Əlcəzair) marşrutları üzrə uçuşlar zamanı da Ermənistanın hava məkanından istifadə edib.
Alpər Mövludoğlu
Ordu.az