Kallas: "Aİ Ermənistana seçkilərə xarici müdaxilənin qarşısını almağa kömək edəcək"

2025/11/1764171652.jpg
Oxunub: 362     22:52     16 Mart 2026    
Avropa İttifaqı (Aİ) Ermənistanın müraciəti əsasında ölkədə qarşıdan gələn parlament seçkilərinin gedişinə kibermüdaxiləyə qarşı mübarizəni dəstəkləmək üçün qrup göndərəcək.

Ordu.az xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Xarici İşlər Şurasının yekunlarına dair mətbuat konfransında bildirib.

"Aİ seçkilər ərəfəsində təhdidlərə qarşı kömək etmək üçün Ermənistana hibrid çevik reaksiya qrupu göndərəcək. Regionumuzda demokratik dayanıqlığın dəstəklənməsi əvvəl olduğu kimi birinci dərəcəli əhəmiyyət kəsb edir. Biz Ermənistanı xarici müdaxiləyə qarşı tək qoymayacağıq", - o qeyd edib.

K.Kallasın sözlərinə görə, təzyiqə məruz qalan demokratik ölkələr Avropanın dəstəyinə arxalana bilərlər.

Qeyd edək ki, Ermənistanda növbəti parlament seçkiləri 2026-cı il iyunun 7-də keçiriləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kallas   Ermənistan  


Bizi "telegram"da izləyin