Ordu.az xəbər verir ki, bunu bu gün İrəvanda “Hayastan” blokunun Ermənistanın Baş naziri vəzifəsinə namizədi və Ermənistanın ikinci prezidenti Robert Köçəryan bildirib.
“Biz bu təhlükəli yanlış təsəvvürlərə “yox” deyirik. “Hayastan” bloku üçün bizim kimliyimiz, tariximiz və vətənpərvərliyimiz müasir və güclü dövlət qurmağın hərəkətverici qüvvəsidir.
Bu gün dünya xaosa çevrilib, mövcud dünya nizamı dağılıb, yeni nizam isə hələ formalaşmayıb. Böyük ehtimalla yeni dünya nizamı bir müddət “cəngəllik qanunu”nun hökm sürməsinə gətirib çıxaracaq. Belə şəraitdə təhlükəsizliyin təmin edilməsi Ermənistan üçün əsas prioritetlərdən biri olaraq qalır.
Ermənistana güclü ordu, güclü lider və bütün təhdidləri birlikdə neytrallaşdırmaq üçün güclü müttəfiq lazımdır. Ermənistanın xarici siyasəti proqnozlaşdırıla bilən və aydın olmalı, böyük dövlətlər arasındakı ziddiyyətlərdən istifadə etmək ideyasını isə rədd etməlidir.
Məhz bu yanaşma mənim prezidentliyim dövründə Ermənistanda ən sakit illəri təmin etmişdi. İndi də mən təhlükəsizliyimizin təmin olunması üçün tam etibarlı format təqdim edə bilərəm.
Biz Azərbaycanla sülhün tərəfdarıyıq, lakin bu sülh “atamın günəşi” modelinə yox, real təminatlara əsaslanmalıdır. Bu, xüsusilə o vaxt vacibdir ki, dünyada hüququn üstünlüyünü gücün üstünlüyü əvəz edib.
Məqsədimiz Cənubi Qafqazın ən səmərəli və ən yaxşı təşkil olunmuş dövlətinə çevrilməkdir. Yalnız bu halda biz böyük dövlətlərin müttəfiqləri və tərəfdaşları üçün cəlbedici ola bilərik. Yalnız bu halda hüquqlarımıza lazımi şəkildə hörmət ediləcək. Milli maraqları bir şəkil naminə satmaq alçaldıcı və cinayətdir”, - deyə Köçəryan bildirib.
Alpər Mövludoğlu
Ordu.az