Ordu.az xəbər verir ki, bunu Ermənistanın sabiq Baş naziri, “Azadlıq” partiyasının sədri Hrant Baqratyan deyib.
“İranın raket istehsalı zavodları yeraltında fəaliyyət göstərir, buna görə də bu baxımdan İsrailin SAXAL-ı üçün yaxşı xəbərlər yoxdur. Mən düşünmürəm ki, bu müharibədə ABŞ-İsrail qüvvələri qələbə qazanacaq”, - deyə Baqratyan bildirib.
Onun sözlərinə görə, İsraildə artıq başa düşüblər ki, quru müdaxiləsi olmadan uğur qazanmaq mümkün deyil.
Baqratyan qeyd edib ki, lakin belə bir halda İran 5 milyon əsgəri səfərbər edəcək, artilleriya da istifadəyə veriləcək.
“Farslar sonadək döyüşür və pul müqabilində vətəni satmırlar. Mən ABŞ üçün perspektiv görmürəm, təsəvvür etmirəm ki, bir il ərzində nə edəcəklər. Nə ABŞ, nə də İsrail hipersəs raketləri buraxmayıb, halbuki İran ballistik raketlər buraxır və İsrailin hava hücumundan müdafiə sistemi onları tutmur. Üstəlik, İran yaşayış məntəqələrini vurmur. Amma İsrail Minab şəhərində qızlar məktəbinə zərbə endirib. Belə vəhşilik dünya tarixində olmayıb. Gec-tez sarsıdıcı bir zərbə olacaq. Bu, cavabsız qalmayacaq”, - deyə Baqratyan əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az