İsveçin İrandakı səfirliyi müvəqqəti olaraq Bakıda fəaliyyət göstərir

2025/09/1758085450.jpg
Oxunub: 389     14:58     16 Mart 2026    
İsveç diplomatlarını İrandan təxliyə edib, diplomatik missiya müvəqqəti olaraq Bakıda fəaliyyətini davam etdirir.

Ordu.az-ın məlumatına görə, bu barədə İsveçin xarici işlər naziri Mariya Malmer Stenerqard "X" hesabında yazıb.

"İranda təhlükəsizlik vəziyyətinin pisləşməsini nəzərə alaraq İsveçin Xarici İşlər Nazirliyi Tehrandakı səfirliyin isveçli əməkdaşlarını müvəqqəti olaraq köçürmək qərarına gəlib. Səfirlik Bakıda işini davam etdirir. Tehranda təhlükəsizliklə bağlı vəziyyət son dərəcə qeyri-müəyyən olaraq qalır. İsveçin Xarici İşlər Nazirliyi 2022-ci ildən İrana istənilən səfərlərdən çəkinməyi tövsiyə edir və İsveç vətəndaşlarını ölkəni tərk etməyə çağırır", - nazir qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsveç   Azərbaycan  


Bizi "telegram"da izləyin