“Əməkdaşlığı davam etdirəcəyik” - Foqel Cey Di Vensin Ermənistana səfəri zamanı əldə olunmuş razılaşmalardan danışıb

2026/02/1770726897.jpg
Oxunub: 359     10:01     16 Mart 2026    
ABŞ-nin vitse-prezidenti Cey Di Vensin fevral ayında Ermənistana səfəri zamanı əldə olunmuş razılaşmalara ABŞ Ticarət Nazirliyinin Ticarət katibinin müavini, ABŞ Ticarət Nazirliyinin Beynəlxalq Ticarət Administrasiyasının ABŞ və Xarici Ticarət Xidmətinin baş direktoru Devid Foqel münasibət bildirib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın ABŞ-dəki səfirliyi məlumat yayıb.

Bildirilib ki, ABŞ hökumətinin rəsmi “Trade.gov” saytında Devid Foqel sənaye sahəsində tərəfdaşlarla işləməyə hazır olduqlarını vurğulayıb və məqsədin investisiyaların, eləcə də ticarətin təşviqi olduğunu qeyd edib.

O bildirib: “Vitse-prezident Cey Di Vensin Ermənistan və Azərbaycana son səfərinə əsaslanaraq, Ticarət Nazirliyi qarşılıqlı faydalı ticarət və investisiya imkanlarının bütün region üzrə inkişafını dəstəkləmək üçün sənaye və regional tərəfdaşlarla əməkdaşlığı davam etdirəcək”.

Eyni platformada Ermənistanın ABŞ-dəki səfiri Narek Mkrtçyanın da aşağıdakı sitatı dərc olunub:

“2025-ci il avqustun 8-də Prezident Tramp Ermənistan və Azərbaycan arasında tarixi sülhün əldə olunmasına vasitəçilik etdi və Ermənistanın “Sülh kəsişməsi” (Zəngəzur dəhlizi-red.) layihəsinin bir hissəsi kimi “Beynəlxalq Sülh və Rifah naminə Tramp marşrutu”nu (TRIPP) (Zəngəzur dəhlizi-red.) təqdim etdi. Bu mühüm təşəbbüs rabitə, ticarət və qarşılıqlı bağlantı üçün yeni yollar açır, bütün Cənubi Qafqazda, eləcə də onun hüdudlarından kənarda, Mərkəzi Asiya və Avropaya qədər sabitliyə, inkişafa və rifaha töhfə verir.

Vitse-prezident Vensin 2026-cı ilin fevralında etdiyi səfər TRIPP-in həyata keçirilməsi prosesini, eləcə də süni zəka, yarımkeçiricilər, enerji, müdafiə və potensialın inkişafı sahələrində razılaşmaları irəli apardı, süni zəka və nüvə energetikası sahələrində çoxmilyardlıq layihələri gündəmə gətirdi.

Ermənistan sürətlə süni zəka üzrə regional mərkəzə və ABŞ üçün mühüm tərəfdaşa çevrildiyi bir vaxtda, TRIPP regionu iqtisadi rifahın, innovasiyanın və görünməmiş imkanların ön sırasına çıxarır”.

Bu fikirlər səfirliyin “Facebook” paylaşımında yer alıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Foqel   Vens   Ermənistan  


Bizi "telegram"da izləyin