Ordu.az xəbər verir ki, Norveçin “Steigan.no” analitik nəşri belə qənaətə gəlib.
Portal müəlliflərinin fikrincə, İrana qarşı mümkün müharibə regionda genişmiqyaslı sabitsizlik riski daşıyır. Əgər münaqişə nəzarətdən çıxarsa, onun nəticələri Yaxın Şərqin hüdudlarından çox uzaqlarda, ilk növbədə isə Avropa və ABŞ-də də hiss olunacaq.
Təhlilçilər hesab edirlər ki, əsas zərbəni məhz Qərb iqtisadiyyatları ala bilər. Hərbi xərclər, enerji böhranı və neft tədarükündə pozuntular münaqişəni Qərb dövlətləri üçün ağır maliyyə və siyasi yükə çevirə bilər. Nəşrdə vurğulanır ki, belə bir ssenari uzunmüddətli iqtisadi nəticələrə, enerji daşıyıcılarının qiymətlərinin artmasına və qlobal bazarlarda qeyri-sabitliyin daha da dərinləşməsinə gətirib çıxara bilər.
Müəlliflər həmçinin xəbərdarlıq edirlər ki, gərginliyin daha da artması regionun yeni dövlətlərini də qarşıdurmaya cəlb edə və lokal münaqişəni genişmiqyaslı geosiyasi toqquşmaya çevirə bilər.
Sevinc Əliyeva
Ordu.az