Ordu.az xəbər verir ki, bunu Rusiyada yaşayan erməni şərqşünas və siyasi analitik Karine Gevorqyan Yaxın Şərqdə baş verən dramatik hadisələri və onların Cənubi Qafqaza təsirini təhlil edərək “Telegram” kanalında yazıb.
Gevorqyan Gürcüstan ərazisində neft kəmərinin bir hissəsinə zərbə endirilməsi və Gürcüstanın keçmiş müdafiə naziri, “Vətəndaş İdeyası” QHT-nin təsisçisi Tina Xidaşelinin bəyanatını da xatırladıb. Xidaşeli bildirib ki, Gürcüstanda İranı dəstəkləyən və faktiki olaraq “terrorçular məktəbi” kimi fəaliyyət göstərən bir “universitet” mövcuddur.
Erməni analitikin sözlərinə görə, bütün bunlar birlikdə “Epşteyn koalisiyası”nın Cənubi Qafqaz ölkələrini müharibə burulğanına cəlb etmək cəhdini açıq şəkildə göstərir.
“Ermənistan hakimiyyəti Zəngəzurun və İranla sərhədin itirilməsinə hazır olmalıdır”, - deyə o xəbərdarlıq edib.
Alpər Mövludoğlu
Ordu.az