Erməni siyasi xadim: “Müharibə və məğlubiyyətin simvoluna çevrilmiş indiki hakimiyyətin yeri tarix zibilxanasıdır”

2026/03/1773340916.jpg
Oxunub: 451     22:18     24 Mart 2026    
“ABŞ-nin müttəfiqi olan ərəb ölkələrinin mülki sistemlərinə zərbələr endirməklə İran bütün dünyaya və xüsusilə Ermənistana göstərdi ki, ABŞ öz müttəfiqlərinə təhlükəsizlik çətiri təmin etmir”.

Ordu.az xəbər verir ki, bunu “Ana Ermənistan” partiyasının sədri Andranik Tevanyan “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, xüsusilə də ABŞ rəsmi şəkildə təhlükəsizlik zəmanətçisi olmadığını bəyan etdikdə (Ermənistanla bağlı deyildiyi kimi), belə təminat ümumiyyətlə mövcud olmur.

“Yəni guya TRIPP-in (Zəngəzur dəhlizi-red.) Ermənistan üçün təhlükəsizlik zəmanəti olması barədə deyilənlər boş söhbətdir.

Ermənistana təmin olunmuş sülh lazımdır ki, bu da aşağıdakıları nəzərdə tutur:

peşəkarlıq prinsipi əsasında Ermənistan ordusunun bərpası,

təbii müttəfiqlərlə münasibətlərin bərpası və dərinləşdirilməsi,

Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesində vasitəçi-zəmanətçi institutunun mövcudluğu,

Ermənistanın böyük güclər arasında qarşıdurma meydanına çevrilməsi ssenarisinin istisna edilməsi,

Ermənistanın müstəqilliyi və ərazi bütövlüyünün qorunması çərçivəsində kommunikasiya qovşağının qurulması və real blokadanın aradan qaldırılmasının təmin edilməsi.

Bütün bunların həyata keçirilməsi üçün vacib ilkin şərt 7 iyun parlament seçkiləri vasitəsilə yeni hakimiyyətin formalaşdırılmasıdır”, - deyə o qeyd edib.

Tevanyan bildirib ki, müharibə və məğlubiyyətin simvoluna çevrilmiş indiki hakimiyyətin yeri tarix zibilxanasıdır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tevanyan   Ermənistan  


Bizi "telegram"da izləyin