Bolqarıstan diplomatları İrandan təxliyə edilib

2026/03/Ekran-1772727819.jpg
Oxunub: 321     20:14     05 Mart 2026    
Bolqarıstan diplomatlarının İrandan təxliyəsi həyata keçirilib.

Bu barədə Ordu.az xəbər verir.

Bolqarıstanın İrandakı diplomatik nümayəndəliyinin 10-dan çox əməkdaşı sərhədi keçərək Astara dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə təhlükəsiz şəkildə Azərbaycan ərazisinə daxil olub.

Təxliyə prosesi müvafiq sənəd yoxlanışı, qeydiyyat və digər prosedurların yerinə yetirilməsi ilə həyata keçirilib və sərhəd-keçid məntəqəsində təhlükəsiz keçidin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülüb.

Qeydiyyat prosedurlarından sonra onlar təhlükəsiz şəkildə təyinat istiqamətlərinə yola salınıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bolqarıstan   İran  


Bizi "telegram"da izləyin