Sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiyaların növbəti birgə iclası nə vaxt keçiriləcək?

2025/11/17643-5293028265.jpg
Oxunub: 368     20:16     05 Mart 2026    
Bir neçə həftə əvvəl elan olunmuşdu ki, İrəvan və Bakı arasında sərhədlərin demarkasiyası və delimitasiyası üzrə komissiyaların növbəti iclası Ermənistanda keçiriləcək.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “MediaHub” nəşri yazıb.

Nəşr qeyd edib ki, lakin komissiyanın iclasının nə vaxt baş tutacağı, harada keçiriləcəyi və ümumiyyətlə, sərhədlərin delimitasiyası və demarkasiyası işlərinin hansı mərhələdə olduğu barədə əlavə məlumat verilməmişdi.

“MediaHub” bu suallara cavab tapmaq üçün Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryanın aparatına yazılı sorğu göndərib.

Cavab olaraq bildirilib ki, delimitasiya komissiyalarının növbəti görüşünün tarixi və yeri ilə bağlı yekun razılaşma əldə edildikdən sonra ictimaiyyətə müvafiq şəkildə məlumat veriləcək.

Eyni zamanda qeyd olunub ki, Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın, həmçinin Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyasının görüşlərinin nəticələri ilə bağlı Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən bütün hallarda və mütləq qaydada mətbuat açıqlamaları yayımlanır.

“Delimitasiya işlərinin gedişi barədə də ictimaiyyətə müvafiq qaydada məlumat verilir”, - deyə Ermənistan Baş nazirinin müavininin aparatından bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Azərbaycan  


Bizi "telegram"da izləyin