Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirib

2026/03/55645-1772724739.jpg
Oxunub: 349     19:30     05 Mart 2026    
Ermənistan Baş naziri Nikol Paşinyanın rəhbərliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, iclasda həmçinin Ermənistan prezidenti Vahaqn Xaçaturyan, parlamentin sədri Alen Simonyan və digər rəsmi şəxslər iştirak ediblər.

Qeyd edilir ki, regionda yaranmış təhlükəsizlik vəziyyəti və nəqliyyat kommunikasiyalarının normal fəaliyyətinin təmin edilməsi ilə bağlı məsələlər müzakirə olunub. Paşinyan müvafiq tapşırıqlar verib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin