Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Ermənistanın Dövlət Gəlirləri Komitəsi “Armenpress” xəbər agentliyinə açıqlamasında bildirib ki, Yaxın Şərqdə gərginlik fonunda Ermənistan və İran arasında yük daşımalarında azalma barədə məlumatlar İrandakı vəziyyətlə bağlıdır və bəzi yükdaşıyıcılar onun ərazisindən tranzit ölkə kimi istifadə etmək istəmir.
“Bunun əvəzinə onlar Çindən və digər Yaxın Şərq ölkələrindən yükləri Gürcüstan üzərindən daşımağa üstünlük verirlər. Buna görə də İran üzərindən yük daşımalarının azalması təbii görünür və son günlərdə həqiqətən müəyyən, hərçənd kiçik azalma müşahidə olunub”, - deyə Ermənistan Dövlət Gəlirləri Komitəsi bildirib.
Qurum həmçinin qeyd edib ki, İranla sərhəddə yerləşən Aqarak keçid məntəqəsində sərhədi keçmək üçün gözləyən təxminən 180-200 erməni yük avtomobili toplanıb. “Məlumatımıza görə, İran tərəfində rabitə nasazlıqları vaxtaşırı baş verir ki, bu da bəzən növbələrin yaranmasına səbəb ola bilər. Rabitə pozulduqda sənədləşmə kağız üzərində aparılır və bu isə daha çox vaxt tələb edir”, - deyə qurum qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az