Paşinyanın müavini “Rosatom”un baş direktorunun müavini ilə görüşüb

2026/03/l-wPk-1772718143.jpg
Oxunub: 330     17:41     05 Mart 2026    
Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryan “Rosatom” Dövlət Korporasiyasının baş direktorunun birinci müavini Kirill Komarovu qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.

Məlumata görə, görüş zamanı Ermənistanda “Rosatom” ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən proqramların gedişi və onların icrası ilə bağlı növbəti addımlar müzakirə olunub.

“Tərəflər həmçinin enerji təhlükəsizliyinin təmin edilməsi, enerji sahəsində qarşılıqlı faydalı əməkdaşlıq və regionda enerji resurslarının ticarətinin inkişaf imkanları barədə fikir mübadiləsi aparıblar”, - deyə məumatda qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rosatom  


Bizi "telegram"da izləyin