Ermənistanda keçmiş nazirin 1,2 milyardlıq əmlakı müsadirə olunur

2026/03/1772432508.jpg
Oxunub: 365     10:18     02 Mart 2026    
Ermənistanda Antikorrupsiya Məhkəməsi Baş Prokurorluğun qanunsuz mənşəli əmlakın müsadirə edilməsi ilə bağlı növbəti iddia ərizəsini icraata qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Ermənistan Baş Prokurorluğunun qanunsuz mənşəli əmlakın müsadirəsi işləri üzrə idarəsi Ermənistanın keçmiş təhsil və elm naziri Levon Hovhannesi Mkrtçyandan və onunla əlaqəli şəxslərdən Ermənistanın xeyrinə aşağıdakıların müsadirə olunması barədə məhkəməyə tələb irəli sürüb:

26 daşınmaz əmlak,
7 nəqliyyat vasitəsi,
5 hüquqi şəxsdə iştirak payı,
qanunsuz pul vəsaitlərinin qalığı kimi 893 milyon 449 min dram,
şəxsin qanuni gəlirləri ilə əsaslandırılmayan, qanunsuz mənşəli olan, vicdanlı alıcıya ötürülmüş və ya eyniləşdirilməsi və müsadirə olunması mümkün olmayan vəsait kimi 276 milyon 106 min dram.


Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Nazir  


Bizi "telegram"da izləyin