Britaniya müdafiə üçün 20 milyard dollar ayırmaq niyyətindədir

2026/06/Ekran-1782276432.jpg
Oxunub: 186     02:18     27 İyun 2026    
Böyük Britaniyanın Baş naziri Kir Starmer növbəti üç il ərzində müdafiə xərclərini 14,5 milyard funt sterlinqdən 15 milyard funt sterlinqə (19,2 milyard dollardan 19,8 milyard dollara qədər) artırmağı planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti məlumat yayıb.

Açıqlamanın iyunun 30-da bəyan ediləcəyi gözlənilir. Britaniya mediasının xəbər verdiyi kimi, Starmer bu məqsədlər üçün əlavə 13,5 milyard funt sterlinqdən çox olmayan məbləğ tapmağa hazır olub. Lakin müvafiq səviyyədə müdafiə xərcləri iyunun ortalarında istefa verən Britaniya müdafiə naziri Con Hili tərəfindən qeyri-kafi hesab edilib.

Məqalədə deyilir ki, yeni plan Britaniya ordusunun ön cəbhə bölmələrini təchiz etmək və yaralıları döyüş meydanından təxliyə etmək üçün pilotsuz yerüstü platformalar da daxil olmaqla, dronlara və digər sistemlərə investisiyaların artırılmasını tələb edir.

"Financial Times" qəzeti Starmerin müdafiə xərclərini artırmaq istəyini baş nazir kimi irsini möhkəmləndirmək cəhdi kimi təsvir edib. Siyasətçi iyunun 22-də istefa vermək niyyətində olduğunu açıqlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Ordu   Müdafiə  


Bizi "telegram"da izləyin