Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşr xatırladıb ki, polis rəislərinin müavinlərinin vəzifədən azad edilməsi Acapnyakda gündüz vaxtı baş vermiş faciəvi atışmadan sonra baş verib, həmin hadisə nəticəsində bir nəfər öldürülüb.
KİV qeyd edib ki, hakim komandada hələ Parakar hadisələrindən sonra Arpine Sarkisyanın vəzifədən uzaqlaşdırılması məsələsi qaldırılıb, ölkədə hüquqi özbaşınalığın hökm sürdüyü, hətta öz təhlükəsizliklərinin də təmin olunmadığı əsas gətirilib.
“Lakin görünür, Nikol Paşinyan Arpine Sarkisyanı vəzifədən azad edə bilmir, çünki onun xaricdə himayədarları var, xüsusilə də ABŞ səfirliyi ona rəğbət bəsləyir.
Bu dəfə komandaya bildirilib ki, nazirə son şans verilib və növbəti insident bağışlanmayacaq. Qeyd edək ki, sistemdəki mənbələrimizin bildirdiyinə görə, vəzifədən azad edilən 3 polis rəisi müavini Vahe Qazaryanın kadrları hesab olunur. Görünür, Qazaryanın vəzifədən azad edilməsindən sonra onu incitməmək üçün kadrlarını işdən çıxarmaq istəməyiblər, çünki o, Paşinyana münasibətdə “özünü düzgün aparır”.
Onlar artıq yeni vəzifələr alıblar: ikisi daxili işlər nazirinin müşaviri təyin edilib, Xudinyan isə nazirin köməkçisi olub. Karen Hakopyanın yerinə isə onun yetirməsi Karen Xaçatryan müvəqqəti icraçı təyin edilib, o, bundan əvvəl Hakopyanın müavini olub”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az