Ordu.az xəbər verir ki, bunu erməni siyasi xadim Arman Melikyan deyib.
“Lakin bütün bu kontekstdə biz sayıq olmalıyıq, çox diqqətli olmalıyıq, çünki həmin hadisələr Ermənistana qarşı yeni hərəkətlərə başlamaq məqsədilə istifadə oluna bilər. Hesab edirəm ki, güc ssenarisi ehtimal ki, qaçılmazdır. Eyni zamanda, mən İsrailin və Birləşmiş Ştatların İrana qarşı genişmiqyaslı quru müdaxiləsi təşkil edəcəyini düşünmürəm”, - deyə Melikyan qeyd edib.
Melikyanın fikrincə, Birləşmiş Ştatlar insanların daxili narazılığını alovlandırmaq üçün İrana daha çox zərbə endirəcək.
“Bu, artıq güc elementlərini ehtiva edən və silahlı toqquşmalarla müşayiət olunacaq yeni anti-hökumət nümayişləri dalğasını stimullaşdıracaq. Bunun son məqsədi isə amerikalılar və israillilər tərəfindən İrandakı teokratiyanın devrilməsi və dünyəvi hakimiyyətin qurulmasıdır ki, bu da çoxmillətli İranda separatçı əhvali-ruhiyyəni stimullaşdıra bilər”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az