Xankəndi, Ağdərə və Xocalıda soyqırımı qurbanlarının xatirəsi yad edilib

2026/02/Ekran-1772119020.jpg
Oxunub: 397     18:28     26 Fevral 2026    
Fevralın 26-da saat 17:00-da Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bu barədə Ordu.az-a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumata verilib.

Belə ki, nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb, şəhər, qəsəbə və kəndlərdə Azərbaycanın Dövlət Bayrağı yarıyadək endirilib. Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə ehtiram ifadə olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xankəndi   Ağdərə   Xocalı  


Bizi "telegram"da izləyin