DTX əməkdaşları Xocalı soyqırımı qurbanlarının xatirəsini anıblar - VİDEO+FOTOLAR

2026/02/69a04-5316341496.jpg
Oxunub: 429     17:41     26 Fevral 2026    
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Xocalı soyqırımı qurbanlarının xatirəsini anıblar.

Bu barədə Ordu.az-a DTX-dən məlumat verilib.


Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər.


Abidənin önünə gül dəstələri qoyulub, soyqırımı zamanı həlak olanların əziz xatirəsi dərin ehtiramla yad edilib.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin