Müqaviləli erməni hərbi qulluqçunun döyülməsi faktı üzrə 2 nəfər təqsirləndirilən şəxs var, onlardan biri həbs edilib

2025/11/1762926619.jpg
Oxunub: 421     20:04     23 Fevral 2026    
Müqaviləli erməni hərbi qulluqçu Avetik Mkrtçyanın döyülməsi faktı üzrə iki nəfər təqsirləndirilən şəxs var.

Ordu.az xəbər verir ki, bu barədə “News.am” nəşrinin yazılı sorğusuna cavab olaraq Ermənistan İstintaq Komitəsindən bildirilib.

“2026-cı il fevralın 18-də təqdim etdiyiniz sorğuya cavab olaraq bildiririk ki, qeyd olunan hadisə ilə bağlı 2026-cı il fevralın 6-da Ermənistan İstintaq Komitəsinin İrəvan şəhər İstintaq İdarəsinin Erebuni və Nubaraşen inzibati rayonlarının istintaq şöbəsində cinayət işi başlanıb. Həmçinin istintaq zamanı əldə olunmuş məlumatlar əsasında başlanmış daha iki cinayət işi həmin icraata birləşdirilib.

İbtidai istintaq zamanı iki şəxs barəsində ictimai cinayət təqibi başlanıb, onlardan biri həbs edilib.

Bundan əlavə bildiririk ki, cinayət işi üzrə ibtidai istintaq davam edir və araşdırmanın hərtərəfli və normal gedişini təmin etmək məqsədilə istintaq orqanı tərəfindən Ermənistan Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş müvafiq sübutedici və prosessual hərəkətlər həyata keçirilir.

Ermənistan Cinayət-Prosessual Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə və “İnformasiya azadlığı haqqında” Ermənistan qanununun 8-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən, sorğunuzda göstərilən digər suallarla bağlı hazırkı mərhələdə məlumat verilə bilməz, çünki onlar açıqlanması yolverilməz olan ilkin istintaq məlumatlarını ehtiva edir”, - deyə cavabda qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Ordu   Ölüm  


Bizi "telegram"da izləyin