Ordu.az xəbər verir ki, bu barədə bu gün jurnalistlərlə görüş zamanı “Transparency International” təşkilatının antikorrupsiya mərkəzinin eksperti Varujan Hoktanyan bildirib.
Erməni ekspert izah edib ki, dünyada Korrupsiyanın Qavranılması İndeksi 1-dən 100-ə qədər bal aralığında ölçülür.
O xatırladıb ki, 2018-ci ildə bu göstərici cəmi 35 olub və bu da 2017-ci ilin nəticələrini əks etdirib. Lakin bundan sonra indeks kəskin artaraq əvvəlcə 42-yə, daha sonra isə 49-a yüksəlib.
“2019-2020-ci illərdə korrupsiya indeksi kəskin şəkildə yaxşılaşaraq 49-a çatdı, daha sonra 2022-ci ildə 46-ya endi və 2025-ci ilə qədər 46-47 intervalında qaldı. Bu isə o deməkdir ki, bizdə durğunluq müşahidə olunur və bu, kifayət qədər xoşagəlməz haldır”, - deyə Hoktanyan bildirib.
Onun sözlərinə görə, müsbət nəticələrin əsas səbəbi sakinlərin həddindən artıq yüksək gözləntiləri olub, bundan sonra isə müəyyən geriləmə qeydə alınıb.
“Adətən indeks 50-dən aşağı olduqda, bizim ölkədə olduğu kimi, bu o deməkdir ki, həmin ölkədə korrupsiya ciddi problem hesab olunur”, - deyə erməni QHT nümayəndəsi əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az