Ceyhun Bayramov və Pakistanın XİN başçısı Sülh Şurasının ilk iclasından irəli gələn məsələləri müzakirə ediblər - YENİLƏNİB

2026/02/1771692795.jpg
Oxunub: 644     23:19     21 Fevral 2026    
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Pakistan Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı baş tutub.

Ordu.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yaylb.

21 fevral 2026-cı il tarixində baş tutan telefon danışığı zamanı iki ölkə arasında tərəfdaşlıq münasibətlərindən irəli gələn məsələlər, ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin genişləndirilməsi imkanları, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik vəziyyəti müzakirə olunub.

Telefon danışığında həmçinin Yaxın Şərqdə son inkişaflar, Vaşinqtonda Sülh Şurasının ilk iclasından irəli gələn məsələlər, eləcə də qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

***

Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Darla Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

Ordu.az xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyi "X"də məlumat yayıb.

Tərəflər ikitərəfli əməkdaşlığı, regional və beynəlxalq hadisələri, o cümlədən hər iki nazirin qatıldığı, Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasını müzakirə ediblər.

Nazirlər qarşılıqlı maraq doğuran bütün məsələlər üzrə sıx əlaqələndirməni davam etdirmək barədə razılığa gəliblər.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Pakistan  


Bizi "telegram"da izləyin