“Hraparak”: Bir gün Paşinyanın “yüngül əli” ilə Ermənistan TDT üzvünə çevrilə bilər

2025/12/1766661592.jpg
Oxunub: 480     12:15     21 Fevral 2026    
“Siyasi şərhçi Karen İgityan bu hakimiyyətlərin Ermənistana girişini qadağan etdiyi diaspor ermənilərindən biri olaraq maraqlı bir qeyd edib”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrə görə, İgityan “Facebook” səhifəsində paylaşım edərək bildirib ki, Türkiyənin “Daily Turkic” xəbər saytı öz materialında Nikol Paşinyanı türk liderlərinin siyahısına daxil edib.

“İngilis dilində mətndə belə yazılıb: “All Turkic leaders are together at Gaza Peace Conference: Aliyev, Tokayev, Mirziyoyev and Pashinyan”. Bu isə sözbəsöz belə tərcümə olunur: “Bütün türk liderləri Qəzza Sülh Konfransında birlikdədir: Əliyev, Tokayev, Mirziyoyev və Paşinyan”.

Əgər Türkiyə mediası Paşinyanı türk hesab edirsə, təəccüblü olmaz ki, bir gün Paşinyanın “yüngül əli” ilə Ermənistan Türk Dövlətləri Təşkilatının üzvünə çevrilsin”, - deyə nəşr bildirib.

KİV xatırladıb ki, Tokayev 2025-ci il noyabrın 21-də Paşinyanı Qazaxıstanın ali dövlət mükafatı ilə təltif etmişdi.

“Bu mükafat adətən türk dövlətləri üçün mühüm xidmətlər göstərmiş şəxslərə təqdim olunur.

Tokayev demişdi: “Bu mükafat yalnız ikitərəfli münasibətlərimizin deyil, həm də regionumuzun və daha geniş regionun gələcək inkişafına töhfə verəcək. Mən artıq qeyd etmişəm ki, Ermənistan və Azərbaycan arasında sülh prosesi məsələsində sizin şəxsi dəstəyinizi nə qədər yüksək qiymətləndirirəm. Siz bizim regionda uzunmüddətli sabitliyin bərqərar olunmasına çox maraq göstərmisiniz və göstərməkdə davam edirsiniz”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan  


Bizi "telegram"da izləyin