TÜRKPA müşahidəçi statusu almaq üçün sənədləri yaxın günlərdə ATƏT PA-ya göndərəcək - FOTOLAR

2026/02/1771653921.jpg
Oxunub: 344     09:51     21 Fevral 2026    
TÜRKPA müşahidəçi statusu almaq üçün sənədləri yaxın günlərdə ATƏT PA-nın Beynəlxalq Katibliyinə göndərəcək.

Bu barədə Ordu.az-a qurumdan məlumat verilib.

Bildirilib ki, TÜRKPA-nın Baş katibi Ramil Həsən ATƏT PA-nın Vyanada keçirilən qış sessiyası çərçivəsində qurumun Baş katibi Roberto Montella və Prezidenti Pere Con Pons Sampietro ilə görüşüb. Görüş zamanı ATƏT PA ilə TÜRKPA arasında 2010-cu ildən etibarən davam edən əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı əsasda ortaq layihələrdə iştirak və keçiriləcək beynəlxalq konfranslarda birgə iştirak ilə bağlı müzakirələr aparılıb.

Eyni zamanda, görüşlərdə 57 ölkəni birləşdirən ATƏT PA-da müşahidəçi statusunun əldə olunması istiqamətində TÜRKPA tərəfindən bütün zəruri sənədlərin toplandığı və yaxın günlərdə qurumun Beynəlxalq Katibliyinə göndəriləcəyinə dair məsələlər də müzakirə edilib.





Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TÜRKPA   ATƏT-PA  


Bizi "telegram"da izləyin