Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşr qeyd edib ki, söhbət Ermənistanın müdafiə naziri Suren Papikyandan gedir.
“O, bir gün əvvəl Dilicanda fəaliyyət göstərən Monte Melkonyanın (ASALA terrorçusu-red.) adını daşıyan hərbi-idman liseyi haqqında video yayımlayıb.
“Size Müdafiə Nazirliyinin təqdim etdiyi növbəti imkanları və həyata keçirdiyimiz dəyişikliklərin nəticələrini təqdim edirəm”, - deyə Papikyan videoya əlavə etdiyi qeyddə yazıb. Videoda o, liseyin yuxarı sinif şagirdlərinə hansı imkanları verdiyini və hansı proqramların icra olunduğunu izah edir. Lakin problem ondadır ki, bu lisey indiki hakimiyyət dövründə deyil, 2017-ci ildə Serj Sarkisyanın dövründə yaradılıb”, - deyə KİV qeyd edib.
Müəllif yazıb ki, üstəlik, İrəvanda fəaliyyət göstərən liseyin filialının Dilicanda yenidən açılması zamanı müxalifət və xüsusilə Paşinyan dövlətin artıq xərclərə yol verdiyini deyərək bunu tənqid edirdi.
“Qeyd edək ki, bu liseydə təhsil alan şagirdlər sonradan hərbi institutlara qəbul olunurlar”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az