Ermənistan MTX: Rusiya vətəndaşı olan azərbaycanlılar Ermənistana həm 2013-cü, həm də 2014-cü illərdə səfər ediblər

2026/02/1771614716.jpg
Oxunub: 385     23:10     20 Fevral 2026    
“Ermənistana səfər etmiş azərbaycanlı milliyyətindən olan şəxslər Rusiya Federasiyasının vətəndaşlarıdır və onlar daha əvvəl də, 2013 və 2014-cü illərdə Ermənistana gəliblər”.

Ordu.az xəbər verir ki, bu barədə “Armenpress”in sorğusuna cavab olaraq Ermənistan Milli Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Ermənistan Milli Təhlükəsizlik Xidmətindən bildirilib ki, həmin şəxslər Ermənistana dövlət sərhədinin “Baqrataşen” keçid məntəqəsi vasitəsilə daxil olub və ölkəni eyni keçid məntəqəsindən tərk ediblər. Qeyd olunub ki, səfər şəxsi xarakter daşıyıb.

Ermənistan Milli Təhlükəsizlik Xidmətindən həmçinin xatırladılıb ki, qurumun fəaliyyəti və onun nəticələri ilə bağlı məlumatlar dövlət sirrinə aid edilir və “Məlumat azadlığı haqqında” qanunun 8-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinə əsasən, dərc olunmur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MTX  


Bizi "telegram"da izləyin