Ordu.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Qeyd edilib ki, 2026-cı il fevralın 18-də İrəvan şəhərinin Acapnyak inzibati rayonunda, Abelyan küçəsində odlu silahdan istifadə edilməklə törədilmiş qətl hadisəsi ilə bağlı Ermənistan İstintaq Komitəsinin İrəvan şəhər İstintaq İdarəsinin ağır cinayətlərin istintaqı şöbəsində başlanmış cinayət işi çərçivəsində çoxsaylı müstəntiqlərdən ibarət istintaq qrupunun apardığı genişmiqyaslı istintaq və prosessual hərəkətlər, həmçinin Ermənistan Daxili İşlər Nazirliyinin polis əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin bir sıra halları və hadisədə iştirak etmiş şəxslərin əsas dairəsi müəyyən edilib.
Bildirilib ki, xüsusilə aparılmış ibtidai istintaqla odlu silahdan istifadə etməklə, digər şəxslərin həyatı üçün təhlükəli üsulla bir nəfərin qətlə yetirilməsi, habelə eyni üsulla 7 nəfərə qarşı qətl cəhdini törətmiş şəxsin kimliyi müəyyən olunub. Həmin şəxs barəsində Ermənistan Cinayət Məcəlləsinin 155-ci maddəsinin 2-ci hissəsinin 7-ci və 8-ci bəndləri, 44-155-ci maddənin 2-ci hissəsinin 7-ci və 8-ci bəndləri (7 epizod), 297-ci maddənin 3-cü hissəsi və 335-ci maddənin 1-ci hissəsi ilə ictimai cinayət təqibi başlanıb.
“Bundan əlavə, genişmiqyaslı istintaq və prosessual tədbirlər nəticəsində silahlı insidentdə iştirak etmiş bir sıra digər şəxslər də müəyyənləşdirilib. Daha 11 nəfər barəsində də ictimai cinayət təqibi başlanıb.
İrəvan şəhərində 40-dan çox ünvanda eyni vaxtda axtarışlar aparılıb, nəticədə istintaq üçün əhəmiyyət kəsb edən əşyalar və predmetlər aşkarlanıb.
İbtidai istintaq davam edir, hadisədə iştirak etmiş şəxslərin tam dairəsinin müəyyənləşdirilməsi və onların əməllərinə hüquqi qiymət verilməsi üçün bütün zəruri tədbirlər görülür”, - deyə məlumatda vurğulanıb.
Alpər Mövludoğlu
Ordu.az