Qaluzin və Türkiyə səfiri Cənubi Qafqazda yaranmış vəziyyəti müzakirə ediblər

2026/02/1770088803.jpg
Oxunub: 370     20:58     20 Fevral 2026    
Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin Türkiyənin Moskvadakı səfiri Tanju Bilgiç ilə görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, görüş zamanı Qaluzin Ukraynada yaranmış münaqişənin siyasi və diplomatik yollarla tənzimlənməsi ilə bağlı Rusiyanın yanaşmalarını təqdim edib.

Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər Ukrayna böhranı ətrafında fikir mübadiləsi aparıblar. Rusiya tərəfi münaqişənin köklü səbəblərinin aradan qaldırılmasının vacibliyini vurğulayaraq diplomatik həll yollarının tapılmasına sadiq olduğunu qeyd edib.

Bundan əlavə, görüş iştirakçıları Cənubi Qafqazda yaranmış vəziyyəti də müzakirə ediblər. Nazirlik Moskva və Ankara arasında regionda sülh və sabitliyin qorunmasına yönəlmiş səylərin gələcəkdə daha sıx əlaqələndirilməsinə qarşılıqlı marağın olduğunu bildirib.

Qeyd edilir ki, danışıqlar Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Türkiyə   Qafqaz  


Bizi "telegram"da izləyin