Ordu.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, məlumatı ölkənin Daxili İşlər Nazirliyindən təsdiqləyiblər.
Qeyd edilir ki, Ermənistan DİN-in Cinayət Polisi əməkdaşları İstintaq Komitəsindəki həmkarları ilə birlikdə paytaxtın təxminən 40 ünvanında axtarışlar həyata keçirirlər.
Ermənistan İstintaq Komitəsindən bildirilib ki, fevralın 18-də Acapnyakda baş vermiş qətl, qəsdən adam öldürməyə cəhd, xuliqanlıq və odlu silahın qanunsuz dövriyyəsi faktları üzrə başlanmış cinayət işi çərçivəsində ibtidai istintaq zamanı istintaq hərəkətləri aparılır.
Alpər Mövludoğlu
Ordu.az