Katsuya Vatanabe: "Yaponiya Bakı və İrəvan arasında sülh prosesindəki irəliləyişi alqışlayır"

2026/02/Ekran-1771602544.jpg
Oxunub: 387     19:34     20 Fevral 2026    
Yaponiya 2025-ci il avqustun 8-i keçirilən tarixi Vaşinqton sammitindən sonra Azərbaycan və Ermənistan arasında sülh prosesindəki irəliləyişi alqışlayır.

Ordu.az xəbər verir ki, bu barədə Yaponiyanın Bakıdakı səfiri Katsuya Vatanabe Yaponiyanın dövlət bayramı - imperator Naruhitonun ad gününə həsr olunmuş rəsmi qəbulda bildirib.

Səfirin sözlərinə görə, 2025-ci il Azərbaycan və Cənubi Qafqaz regionu üçün həqiqətən tarixi il olub.

"Avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri tərəfindən Cənubi Qafqazda dayanıqlı sülh naminə birgə bəyannamə imzalanıb. Yaponiya regionda dayanıqlı sülh və sabitlik yolunda atılan bu mühüm addımı alqışlayır", - o vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   Bakı   İrəvan  


Bizi "telegram"da izləyin