Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, təxminən saat 01:00 radələrində Ağrı vilayətinin sakini, 20 yaşlı Manvel M. idarə etdiyi BMW markalı avtomobillə İrəvan-Arazdəyən avtomobil yolunda Arazdəyən istiqamətində hərəkətdə olarkən idarəetməni itirib, hərəkət zolağından çıxaraq ağaclara və torpaq təpələrinə çırpılıb, təxminən 25 metr aşıb-yuvarlanaraq bir sakinin torpaq sahəsinə düşüb.
Qeyd edilir ki, qəza nəticəsində sürücü hadisə yerində həyatını itirib.
Xilasedicilər meyiti xərək vasitəsilə morqa aparıblar. İstintaqçının göstərişi ilə bir neçə hissəyə bölünmüş və müxtəlif yerlərdə aşkarlanmış, metal tullantısına çevrilmiş BMW avtomobili Ermənistan polisinin Artaşat şöbəsinin mühafizə olunan xüsusi ərazisinə aparılıb.
Məlumata görə, sürücü Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində qulluq edirdi, lakin avtomobil idarə etmək hüququ olmayıb.
Alpər Mövludoğlu
Ordu.az