Bərdədə I Qarabağ müharibəsinin itkin-şəhidi Dadaş Dadaşov dəfn edilib - YENİLƏNİB

2023/09/16812-1695188094.jpg
Oxunub: 466     15:39     20 Fevral 2026    
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən şəhid Dadaş Dadaşov dəfn olunub.

Ordu.az-ın məlumatına görə, şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşinin qalıqları Mollaisalar kənd qəbiristanlığında torpağa tapşırılıb.

***

Bərdə rayonunda Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Dadaş Şərif oğlu Dadaşovla vida mərasimi keçirilib.

Ordu.az xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, rayon rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, D.Dadaşov 1972-ci il fevralın 15-də Ağdərənin İmarət Qərvənd kəndində anadan olub. 1994-cü il fevralın 11-də Kəlbəcər rayonunun Yanşaq kəndi istiqamətində itkin düşüb.

D.Dadaşov Bərdənin Mollaisalar kənd qəbiristanlığında dəfn olunacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bərdə   Şəhid  


Bizi "telegram"da izləyin