Şəmkirdə I Qarabağ müharibəsinin itkin-şəhidi Yolçu Məmmədov dəfn edilib - YENİLƏNİB (FOTOLAR)

2026/02/b513d-17715943260.jpg
Oxunub: 881     14:48     20 Fevral 2026    
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən şəhid Yolçu Məmmədov dəfn olunub.

Ordu.az-ın Qərb bürosunun məlumatına görə, şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşinin qalıqları Seyfəli kənd qəbiristanlığında torpağa tapşırılıb.

***

Şəmkir rayonunda Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Yolçu Sarı oğlu Məmmədovla vida mərasimi keçirilib.

Ordu.az-ın Qərb bürosunun məlumatına görə, vida mərasimində şəhidin doğmaları, rayon rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Y.Məmmədov 1966-cı il martın 8-də Şəmkirin Seyfəli kəndində anadan olub. 1992-cü il iyunun 13-də Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində itkin düşüb.

Y.Məmmədov doğulduğu kənddə dəfn olunacaq.










Cümşüd Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şəmkir   Şəhid  


Bizi "telegram"da izləyin