Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Məlumata görə, səfər çərçivəsində bu gün Ermənistan İqtisadiyyat Nazirliyində iki ölkənin nazirlərinin rəsmi görüşü keçirilib.
Qeyd edilib ki, Ermənistan-Gürcüstan ikitərəfli gündəliyi çərçivəsində tərəflər əməkdaşlığın genişləndirilməsinə yönəlmiş bir sıra prioritet məsələləri müzakirə ediblər, iqtisadi əlaqələrin strateji əhəmiyyətini və qarşılıqlı faydalı inkişaf öhdəliyini vurğulayıblar.
“Ticarət-iqtisadi münasibətlərin dərinləşdirilməsi, yüklərin maneəsiz tranziti, həmçinin turizm sahəsinin inkişafı ilə bağlı məsələlər müzakirə olunub. Hər iki tərəf işgüzar dairələr arasında birbaşa əlaqələrin fəallaşdırılmasının vacibliyini vurğulayıb, xüsusilə B2B formatında görüşlərin təşviqi qeyd olunub. Görüşün sonunda tərəflər ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsinə hazır olduqlarını bir daha təsdiqləyərək davamlı dialoqun əhəmiyyətini vurğulayıblar”, - deyə məlumatda bildirilib.
Alpər Mövludoğlu
Ordu.az