“Hetq”: Ermənistanın sabiq Baş nazirinin qızı və kürəkəni qanunsuz mənşəli əmlakın müsadirəsi işləri üzrə idarəyə dəvət olunublar

2026/02/l-aam-1771582257.jpg
Oxunub: 353     14:10     20 Fevral 2026    
Ermənistan Dövlət Gəlirləri Komitəsinin Qərb Gömrük İdarəsinin keçmiş rəisi Vladimir Tamrazyan və ailə üzvləri 2026-cı il fevralın 25-də Baş Prokurorluğun qanunsuz mənşəli əmlakın müsadirəsi işləri üzrə idarəsinə dəvət olunublar.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hetq” nəşri yazıb.

Qeyd edilib ki, 2023-cü il martın 13-də Vladimir Feliksi Tamrazyana məxsus əmlakla bağlı araşdırma başlanılıb. İlkin nəticələr əsasında araşdırmanın nəticələrinə dair xülasə hazırlanıb.

“Prokurorluğa həmçinin Vladimir Tamrazyanın həyat yoldaşı Rebeka Abrahamyan və anası Mariya Tamrazyan da dəvət olunublar ki, iş materialları ilə tanış olsunlar və mövqelərini təqdim etsinlər.

Qeyd edək ki, Vladimir Tamrazyan Ermənistanın sabiq Baş naziri Hovik Abrahamyanın qızının həyat yoldaşıdır.

Prokurorluq bu mərhələdə hansı əmlakın müsadirə olunmasının nəzərdə tutulduğunu açıqlamır. Bildirilir ki, əmlak sahibləri iş materialları ilə tanış olduqdan, mövqelərini və sübutlarını təqdim etdikdən sonra müsadirə olunması ehtimal edilən əmlakların siyahısı dəyişə bilər. Bu səbəbdən də əmlak siyahısını əvvəlcədən dərc etməkdən çəkinirlər”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Abrahamyan  


Bizi "telegram"da izləyin