Ağdamda I Qarabağ müharibəsinin itkin-şəhidi Qurban Göyüşov dəfn edilib - YENİLƏNİB

2026/02/Ekran-1771575947.jpg
Oxunub: 809     13:12     20 Fevral 2026    
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən şəhid Qurban Göyüşov dəfn olunub.

Ordu.az-ın məlumatına görə, şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşinin qalıqları Ağdam rayonu Quzanlı qəsəbəsi Şəhidlər xiyabanında torpağa tapşırılıb.

***

Bərdə rayonunun Şirvanlı kəndində Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 33 ildən sonra tapılan şəhid Qurban Ramazan oğlu Göyüşovla vida mərasimi keçirilib.

Ordu.az xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, rayon rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Q.Göyüşov 1974-cü il iyunun 26-da Ağdərə rayonunu Baş Güneypəyə kəndində anadan olub. 1992-ci il martın 12-də Ağdərə rayonunun Çıldıran kəndi istiqamətində itkin düşüb.

Q.Göyüşov Quzanlı qəsəbəsi Şəhidlər xiyabanında dəfn olunacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bərdə   Şəhid  


Bizi "telegram"da izləyin