Lökbatanda I Qarabağ müharibəsinin itkin-şəhidi Rafiq Hüseynov dəfn olunub - YENİLƏNİB

2026/02/Ekran-1771571795.jpg
Oxunub: 626     11:05     20 Fevral 2026    
Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Rafiq Hüseynov dəfn olunub.

Ordu.az-ın məlumatına görə, şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşi Qaradağ rayonu Lökbatan qəsəbəsindənki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

***

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Rafiq Hüseynovla Qaradağ rayonu Lökbatan qəsəbəsində vida mərasimi keçirilib.

Ordu.az-ın məlumatına görə, vida mərasimində mərhumun ailə üzvləri, rayon ictimaiyyəti, icra hakimiyyəti nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də media mənsubları iştirak ediblər.

Vida mərasiminin ardınca nəşin qalıqları dəfn olunmaq üçün qəsəbə Şəhidlər xiyabanına aparılıb.

Qeyd edək ki, Rafiq Hüseynov 1974-cü il aprelin 16-da Ağdam rayonunun Qiyaslı kəndində anadan olub. O, 1992-ci ildə Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lökbatan   Şəhid  


Bizi "telegram"da izləyin