Sumqayıtda I Qarabağ müharibəsinin xanım şəhidi dəfn olunub - YENİLƏNİB

2026/02/Ekran-1771571654.jpg
Oxunub: 891     11:14     20 Fevral 2026    
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Mehriban Qarayeva dəfn edilib.

Ordu.az-ın məlumatına görə, şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşi Sumqayıt Şəhidlər xiyabanında torpağa tapşırılıb.

***

Sumqayıtda Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Mehriban Qarayeva ilə vida mərasimi keçirilib.

Ordu.az xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, Sumqayıt şəhərinin rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Mehriban Arif qızı Qarayeva 1970-ci ilin martın 27-də Sumqayıt şəhərində anadan olub.

1992-ci il iyulun 9-da Ağdərə rayonunun Sərxavənd kəndi istiqamətində gedən döyüşlər zamanı itkin düşüb.

Mehriban Qarayeva Sumqayıt Şəhidlər xiyabanında dəfn ediləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sumqayıt   Şəhid  


Bizi "telegram"da izləyin