Rusiyalı analitik: “Ermənistan hakimiyyətinin dəmir yolu şəbəkəsi ilə bağlı son əsas açıqlamaları bir-birinə zidd görünür”

2026/01/1769496948.jpg
Oxunub: 399     13:37     20 Fevral 2026    
“Ermənistan hakimiyyətinin dəmir yolu şəbəkəsi ilə bağlı son əsas açıqlamaları tam aydın deyil və hətta bir-birinə zidd görünür”.

Ordu.az xəbər verir ki, bunu rusiyalı analitik Aleksandr Xramçixin deyib.

Onun sözlərinə görə, başqa bir açıqlamada Ermənistan tərəfi Rusiyadan bir neçə istiqamət üzrə dəmir yolu xətlərinin bərpasına başlamağı xahiş edib.

“Bir neçə gün əvvəl Rusiya Baş nazirinin müavini bəyan etdi ki, Ermənistanın təklifini nəzərə alaraq Rusiya müəyyən dəmir yolu xətlərinin bərpasına başlayır. İndi isə təklif olunur ki, Rusiya bu hüququ başqa tərəfə satsın, çünki bəyanatlara görə, Rusiyanın belə mövcudluğu bəzi tərəflərə mane olur. Bu iki bəyanat arasında müəyyən ziddiyyət var. Bu, ya son dövrdə razılıq əldə olunmadığını və Ermənistan tərəfinin yanaşmanı dəyişdiyini, ya da yenidən Rusiyanın mövqelərini zəiflətmək məsələsinin gündəmə gətirildiyini göstərir. Sonuncu variant da təəccüblü deyil və Rusiya ilə bağlı ümumi proseslərə baxsaq, məntiqli görünür.

Rusiya XİN-in mövqeyindən belə nəticə çıxarmaq olar ki, Rusiya artıq Ermənistanın müraciəti əsasında başladığı bərpa prosesini davam etdirəcək. Əgər yanılmıramsa, bu mövzu ən yüksək səviyyədə müzakirə olunmuşdu. Yəni dəmir yolu xətlərinin bərpası tərəflər arasında danışıqlar predmeti idi. Buna görə də, belə yüksək səviyyəli qərarların bu qədər tez ləğv edilməsi və ya dəyişdirilməsi çətindir.

Nəticə etibarilə söhbət yüksək səviyyəli razılaşmalardan və Rusiya investisiyalarından gedir. Düşünürəm ki, proses başlamazdan əvvəl Rusiya artıq müvafiq daxili siyasi işi də aparıb”, - deyə Xramçixin bildirib.

Xramçixin qeyd edib ki, Rusiya regional nəqliyyat dəhlizlərinin formalaşdırılması prosesində iştirak etmək istəyir, ancaq bu təklif geniş dəstək qazanmır.

“Amma təkrar edirəm, bu mövzu ətrafında hələ də tam aydınlaşdırılmamış suallar qalır”, - deyə o vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xramçixin   Ermənistan  


Bizi "telegram"da izləyin