Ordu.az xəbər verir ki, bunu iranlı analitik Ehsan Mohavedian deyib.
Mohavedian qeyd edib ki, İran nüvə məsələsində həmişə səmimiliyini göstərib, öhdəliklərinə əməl edib və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin yoxlamalarını qəbul edib.
Lakin onun sözlərinə görə, ABŞ İranın nüvə obyektlərini bombalayıb.
“İran hazırda uranın zənginləşdirilməsi səviyyəsinin azaldılmasını da qəbul edir. Əgər ABŞ İranın məntiqli tələbinə, İranda zənginləşdirmənin tam dayandırılması cəhdindən imtina etməyə razılaşsa, danışıqları davam etdirmək mümkündür. Lakin əgər Vaşinqton sıfır zənginləşdirmə tələb etsə və İranın raket imkanları və regional müttəfiqləri ilə bağlı təzyiq göstərməyə çalışsa, danışıqların uğur qazanmaq şansı yoxdur. İran ABŞ-nin aqressiv davranışından qorxmur və sərt cavab verməyə hazırdır”, - deyə Mohavedian bildirib.
İranlı analitik hesab edir ki, əgər İran ABŞ ilə müharibəyə girərsə, Ermənistanın təhlükəsizliyi və ərazi bütövlüyü də təhdid altına düşəcək.
“Bu vəziyyətdə ABŞ Qafqazda və Mərkəzi Asiyada daha asan möhkəmlənə, Rusiyanı Ermənistandan sıxışdırıb çıxara və daha sonra Çinlə qarşıdurmasını dərinləşdirə bilər”, - deyə analitik bildirib.
Mohavedian qeyd edib ki, müharibə başlayar və uzanarsa, İran mallarının və məhsullarının Ermənistana ixracı da pozula bilər. Lakin müharibə tez başa çatsa, təbii ki, bu problemlər daha az olacaq.
Alpər Mövludoğlu
Ordu.az