Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri yazıb.

“168.am” Amasiya icma rəhbəri Cemma Harutyunyandan soruşub ki, o, həmin 2 azərbaycanlı barədə məlumatlıdırmı və onlar Amasiyada nə ediblər?
“Bildiyim budur ki, həmin 2 azərbaycanlı Rusiya Federasiyasının vətəndaşı hesab olunur, avtomobilləri də Rusiya nömrəlidir. Buna görə də polis əməkdaşlarının Rusiya vətəndaşına qarşı hər hansı tədbir görmək səlahiyyəti yoxdur. Mənə məlum olan bu qədərdir.
Mən özüm həmin şəxsləri görməmişəm, onları yalnız internetdə yayılan videodan görmüşəm”, - deyə Amasiya icmasının rəhbəri bildirib.

Onun sözlərinə görə, 2 azərbaycanlı yerli sakinlərlə ünsiyyət qurmayıb, sadəcə əraziyə baxıb, çəkiliş edib və oranı tərk ediblər.
“Onlar Gümrüdə də olublar, restorana gediblər, sonra Amasiyaya gəliblər. Bizim Milli Təhlükəsizlik Xidmətimiz hər şeydən xəbərdardır, hər şey nəzarət altındadır, onlar bizdən daha çox məlumata malikdirlər”, - deyə Harutyunyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az