Erməni siyasi xadim: “Dövlət borcunun yükü Ermənistan vətəndaşlarının çiyinlərindədir”

2026/02/1771570620.jpg
Oxunub: 380     17:45     20 Fevral 2026    
“Dövlət borcunu artıq Ermənistanın pensiyaçıları ödəməyə başlayıblar”

Ordu.az xəbər verir ki, bunu “Ermənistan Mənəm” siyasi təşəbbüsünün rəhbəri Nairi Sarkisyan bildirib.

“Əgər dövlət borcu bu qədər mənasız və məqsədsiz şəkildə götürülməsəydi, hər bir pensiyaçının pensiyası 50 min dram artırıla bilərdi.

Hörmətli 500 min pensiyaçı, siz hazırda dövlət borcuna xidmət edirsiniz.

Mənzil və daşınmaz əmlak sahibləri artıq daha yüksək əmlak vergisi ödəyirlər, kiçik və orta sahibkarlar ikiqat vergi verirlər, istehlak krediti olan şəxslər isə dövlətin borcunu ödəyə bilməsi üçün 24 faizlə kredit götürürlər”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Borc  


Bizi "telegram"da izləyin