Erməni politoloq: “Prezident institutu Ermənistanda tamamilə artıqdır”

2026/02/1771570580.jpg
Oxunub: 368     14:55     20 Fevral 2026    
“Ermənistanda elə bir siyasi sistem formalaşmalıdır ki, prezident vergi ödəyicilərinin hesabına saxlanılan və ölkə-ölkə gəzən “dekorativ” fiqur olmasın”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Hakob Badalyan yazıb.

Onun sözlərinə görə, Ermənistan prezidentinin aparatına 2026-cı il büdcəsi ilə 1 milyard 600 milyon dramdan artıq vəsait ayrılıb.

“Lakin Ermənistan prezidenti faktiki olaraq müvafiq protokol xidmətinin dəstəyinə malik deyil ki, rəsmi nahar və ya şam yeməyi zamanı ona protokol qaydalarını, nəzərdə tutulan çıxışların ardıcıllığını xatırlatsın və Yunanıstanda baş verən kimi gülünc vəziyyətlər yaranmasın. Yəqin ki, videonu artıq hamınız izləmisiniz”, - deyə Badalyan qeyd edib.

Badalyan bildirib ki, ümumiyyətlə isə, hazırkı şəraitdə, Nikol Paşinyanın qurduğu avtoritarizm fonunda prezident institutu Ermənistanda tamamilə artıqdır.

“Buna görə də ya ildə 1 milyard yarım dramdan artıq xərcə qənaət edilməli, bu institut ləğv olunmalıdır, ya da Ermənistanda elə bir siyasi sistem qurulmalıdır ki, prezident vergi ödəyicilərinin hesabına saxlanılan və ölkə-ölkə gəzən “dekorativ” vahid olmasın”, - deyə o vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Badalyan   Ermənistan  


Bizi "telegram"da izləyin